...

Gürcüstan futbolunun əfsanəsi vəfat edib

İdman Materials 21 İyun 2012 13:02 (UTC +04:00)
Gürcüstanın əfsanəvi futbolçusu Ramaz Şenqeliya vəfat edib.
Gürcüstan futbolunun əfsanəsi vəfat edib

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın əfsanəvi futbolçusu Ramaz Şenqeliya vəfat edib.

Trend-in məlumatına görə, hücumçu 55 yaşında Tbilisidə dünyasını dəyişib.

1981-ci ildə idman ustası adı alan Ramaz Şenqeliya "Torpedo" Kutaisi (1971-1976), "Dinamo" Tbilisi (1977-1988), həmçinin İsveçin "Ester" Vekşe və "Holsmund" (1989-1990) klublarının formasını geyinib.

Hücumçu SSRİ çempionatlarında 283 oyun keçirib, 120 qol vurub. O, 1978-ci il SSRİ çempionu, 1979-cu ildə SSRİ kubokunun sahibi, 1981-ci ildə Kuboklar Kubokunun qalibi olub.

Şenqeliya 1978 və 1981-ci illərdə SSRİ-nin ən yaxşı futbolçusu seçilib.

SSRİ yığmasında 26 oyun keçirən futbolçu 10 qol vurub. Şenqeliya 1982-ci il dünya çempionatında iştirak edib, 1980-ci ildə gənclər üzrə Avropa çempionu olub.

Xəbər lenti

Xəbər lenti