...

"Bakı"nın rəqibi Sloveniya, "Xəzər Lənkəran" və "İnter"in rəqibləri isə Estoniya təmsilçiləridir

İdman Materials 25 İyun 2012 16:23 (UTC +04:00)
İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Avropa Liqasının 2012-2013 mövsümünün birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
"Bakı"nın rəqibi Sloveniya, "Xəzər Lənkəran" və "İnter"in rəqibləri isə Estoniya təmsilçiləridir

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir M.Əliyev/

İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Avropa Liqasının 2012-2013 mövsümünün birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkatma nəticəsində Azərbaycan kubokunun qalibi "Bakı"nın rəqibi Sloveniyanın "Mura" klubu seçilib.

Çempionatın gümüş mükafatçısı olan "Xəzər Lənkəran"ın rəqibi "Nomme Kalju", bürünc mükafatçı "İnter"in rəqibi isə "Trans" seçilib. Hər iki klub Estoniya təmsilçisidir.

Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 5-də, cavab qarşılaşmaları isə iyulun 12-də keçiriləcək.

Avropa Liqasının birinci təsnifat mərhələsində 74 komanda mübarizə aparacaq, 37 qalib ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq. Növbəti mərhələdə onlara daha 43 komanda qoşulacaq və bu klublar üçüncü təsnifat mərhələsinə 40 vəsiqənin taleyinə aydınlıq gətirəcəklər.

Xəbər lenti

Xəbər lenti