...

U-17 qadınlararası dünya çempionatının püşkü atıldı (FOTO)

İdman Materials 6 İyul 2012 19:44 (UTC +04:00)
Bakıda cümə günü futbol üzrə U-17 qadınlararası dünya çempionatının püşkü atılıb.
U-17 qadınlararası dünya çempionatının püşkü atıldı (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir M.Əliyev/

Bakıda cümə günü futbol üzrə U-17 qadınlararası dünya çempionatının püşkü atılıb.

Trend-in məlumatına görə, püşkatmanın nəticələrinə əsasən, A qrupunda yer alacaq Azərbaycan millisinin rəqibləri Kolumbiya, Nigeriya və Kanada olub.

Püşkatmanın nəticələrinə görə, B qrupunda Fransa, ABŞ, Şimali Koreya, Qambiya, C qrupunda Meksika, Yeni Zelandiya, Braziliya və Yaponiya, D qrupunda isə Almaniya, Çin, Uruqvay və Qana milliləri yarışacaq.

Qeyd edək ki, Bakıda keçiriləcək dünya çempionatının final mərhələsi sentyabrın 22-dən oktyabr ayının 13-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti