...

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iki oyuna 15 qol buraxdı

İdman Materials 25 Sentyabr 2012 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Bu gün FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin ikinci turuna start verilib.

Trend-in məlumatına görə, "A" qrupunda mübarizə aparan millimiz bu gün ikinci matçına çıxıb. Komandamız Lənkəranda Nigeriya yığması ilə qarşılaşıb. İlk görüşdə Kolumbiya yığmasına 0:4 hesabı ilə uduzan yığmamız bu dəfə də məğlubiyyətdən yaxa qurtara bilməyib. Budəfəki məğlubiyyət isə daha ağır olub.

Afrikalılar millimizi 11:0 hesabı ilə darmadağın ediblər.

"B" qrupunda isə ABŞ Qambiyanı 6:0 hesabı ilə məğlub edib.

Xəbər lenti

Xəbər lenti