...

FIFA Qadın Turnirlərinin rəhbəri: Bakıda keçirilən U-17 qadınlararası DÇ ilə bağlı ümidlərimiz artıqlaması ilə doğruldu

İdman Materials 10 Oktyabr 2012 10:53 (UTC +04:00)
Trend AFFA-nın rəsmi saytına istinadən FIFA Qadın Turnirlərinin rəhbəri Tatyana Haenninin müsahibəsini oxucularına təqdim edir.
FIFA Qadın Turnirlərinin rəhbəri: Bakıda keçirilən U-17 qadınlararası DÇ ilə bağlı ümidlərimiz artıqlaması ilə doğruldu

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Trend AFFA-nın rəsmi saytına istinadən FIFA Qadın Turnirlərinin rəhbəri Tatyana Haenninin müsahibəsini oxucularına təqdim edir.

- Azərbaycanda keçirilən çempionatı Yeni Zelandiya və Trinidad Tobaqodakı turnirlə necə müqayisə edərdiniz? Azərbaycandakı turniri fərqli edən cəhət varmı?

- Bir çox fərqli cəhətlər olduğundan müqayisə etmək heç də asan deyil. Buna baxmayaraq, çempionatın bir çox özəllikləri var: bu çempionat müsəlman ölkəsində ilk qadınlararası dünya çempionatıdır. Sıfırdan başlayıb iki il ərzində böyük inkişaf yolu keçmək, çempionatı öz inkişaf planında istifadə etməyi öyrənmək böyük işdir. Qadın futbolu sonuncu iki U-17 qadınlararası dünya çempionatından sonra inkişaf etməyə başlayıb və bu çox yaxşı haldır ki, artıq Azərbaycan, Çin XR, Qambiya və Uruqvay kimi yeni komandalar var.

- Ölkənin bu çempionatda təşkilatçılıq səylərini necə qiymətləndirirsiniz?

- Yerli Təşkilat Komitəsi böyük iş görüb və bütün ölkəni bu prosesə qoşmağı bacarıb. Bakıda atdığınız ilk addımda U-17 qadınalararası dünya çempionatının ab-havasını duymamaq mümkünsüzdür. Bu hər yanda hiss olunur.

Məktəblər tədbirə cəlb olunublar. Ölkə başçısı turniri və ümumilikdə dünya futbolunu dəstəkləyir.

Ölkədədəki inkişafı və dinamikanı açıq-aşkar hiss etmək olur. Yeni infrastruktur işlərini, təzə və təmir olunmuş stadionları görmək çox valehedici bir haldır.

- İnfrastruktur işləri, əsasən də hotellər, stadionlar, nəqliyyatın təşkili sizin bu çempionatdakı ümidlərinizi doğrultdumu?

- Əlbəttə, hər şey ümidlərimizi artıqlaması ilə doğrultdu. Texniki təchizat və stadionlar bu böyük işdən qalan mirasın bir tərkib hissəsi olacaq.

Ölkə sürətli inkişafdadır və infrastruktur standartları yüksək səviyyədədir. Stadionlarda və həmçinin, digər məkanlarda insanların qazandığı təcrübə və bilik də çempionatdan qalan bir təcrübə olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti