...

"Şəfa" stadionuna sertifikat verildi

İdman Materials 11 Oktyabr 2012 14:55 (UTC +04:00)
FİFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyası beynəlxalq oyunları keçirməyə imkan verən sertifikatı "Şəfa" stadionuna təqdim edib.
"Şəfa" stadionuna sertifikat verildi

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

FİFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyası beynəlxalq oyunları keçirməyə imkan verən sertifikatı "Şəfa" stadionuna təqdim edib.

Trend Bakının "İnter" klubunun rəsmi saytına istinadən məlumat verir ki, FİFA prezidenti Yozef Blatterin imzaladığı sertifikat arenaya 2 ulduzun verildiyini təsdiqləyir.

Sertifikat sentyabrın 17-dən qüvvəyə minir və 2013-cü il sentyabrın 16-dək qüvvədə olacaq.

Beləliklə, "İnter" avrokuboklara çıxdığı halda ev oyunlarını doğma stadionda keçirə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti