...

Yeniyetmə güləşçilərin Respublika turnirinin final mərhələsi başlayıb

İdman Materials 22 Oktyabr 2012 01:10 (UTC +04:00)
“Sərhədçi” İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi başlayıb.
Yeniyetmə güləşçilərin Respublika turnirinin final mərhələsi başlayıb

Azərbaycan. Bakı, 22 oktyabr /Trend/

"Sərhədçi" İdman Olimpiya Mərkəzində Helsinki Olimpiya Oyunlarının gümüş mükafataçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi başlayıb.

Əvvəlcə yarışların təntənəli açılış mərasimi baş tutub. Açılış mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov çıxış edərək yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıblar. Natiqlər bildirib ki, güləşçilər ölkəmizdə ildən-ilə genişlənən idman hərəkatına öz qələbələri və nailiyyətləri ilə töhfə verməkdə davam edirlər. Beynəlxalq arenalarda əldə olunan nailiyyətləri ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi kimi qiymətləndirən natiqlər, yeniyetmə və gənc nəslin qazanılan uğurları yüksək əzmkarlıqla davam etdirəcəyinə əminliklərini ifadə ediblər.

İlk yarış günündə Azərbaycanın bütün bölgələrindən yunan-Roma güləşi üzrə 117 yeniyetmə güləşçi mükafatlar uğrunda mübarizə aparıb. Qalib və mükafatçılar sırasına düşən idmançılar aşağıdakılardır:

42 kq
1. Pәrvin Abdullayev - 1 saylı nümayәndәlik, Cәngi GK
2. Mәhәmmәdәli Hәsәnov - 1 saylı nümayәndәlik, 16 UGİM
3. Seymur Hüseynov - 1 saylı nümayәndәlik, Cәngi GK
3. Ramil Heydәrov - 5 saylı nümayәndәlik, Kürdәmir

46 kq
1. Mirabbas Tağıyev - 1 saylı nümayәndәlik, Mәhsul İC
2. Elsevər Әliyev - 1 saylı nümayәndәlik, ROİL
3. Elgün Hüseynzadә - 7 saylı nümayәndәlik, Goranboy
3. Kәnan Vәliyev - 1 saylı nümayəndəlik, Cәngi GK

50 kq
1. Mikayıl Rәhmanov - 1 saylı nümayәndәlik, Xәzәr-Lәnkәran
2. İsrafil Yaqubzadә - 1 saylı nümayәndәlik, Tәhsil İC
3. Röyal Әlizadә - 1 saylı nümayәndәlik, ROİL
3. Elçin Mәmmәdov - 1 saylı nümayәndәlik, Xәzәr GK

54 kq
1. Murad Allahverdiyev - 1 saylı nümayәndәlik, DİN İC
2. Hüseyn Mansurov - 1 saylı nümayәndәlik, Neftçi İSM
3. Pәrviz Hәsәnov - 4 saylı nümayәndәlik, Masallı
3. Elşad Mәmmәdov - 5 saylı nümayәndәlik, Kürdəmir

58 kq
1. Azәr Hüseynov - 2 saylı nümayәndәlik, Zәngilan
2. Şamo Süleymanlı - 2 saylı nümayәndәlik, Sumqayıt, Zenit
3. Rәhman Әsgәrov - 1 saylı nümayәndәlik, Pәhlәvan GK
3. Cavid Әsgәrov - 4 saylı nümayәndәlik, Masallı

63 kq
1. Sәnan Әlimirzәyev - 1 saylı nümayәndәlik, Xәzәr GK
2. İsmayıl Şahbazov - 1 saylı nümayәndәlik, Pәhlәvan GK
3. Anar Vahabzadə - 1 saylı nümayәndәlik, Qaradağ
3. Zubair Dubirov - 1 saylı nümayәndәlik, Neftçi İSM

69 kq
1. Nicat Abdullazadə - 4 saylı nümayәndәlik, Beylәqan
2. Mehrac Kәrimov - 1 saylı nümayәndәlik, Neftçi İSM
3. Orxan Hümbәtov - 1 saylı nümayәndәlik, Cәngi GK
3. Seymur Abdullayev - 1 saylı nümayәndәlik, ROİL

İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunublar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb edilib və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti