...

Qılıncoynadanlarımız Tbilisidə və Bursada uğur qazanıblar (FOTO)

İdman Materials 23 Oktyabr 2012 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Oktyabrın 19-21-də Gürcüstan paytaxtı Tbilisidə 23-yaşadək idmançılar arasında qılıncoynatma üzrə Avropa kuboku yarışları keçirilib. Yarışda Azərbaycan idmançısı Sevil Bunyatova həm kubok, həm də qızıl medal, Aidə Ələsgərova bürünc medal qazanıb. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Komanda hesabında sablyaçı qızlarımız 44-45 hesabı ilə Ukrayna komandasına uduzaraq gümüş medal qazanıblar. Bu idmançıların hamısı "Neftçi İdman və Sağlamlıq Mərkəzi"nin üzvləridir.

Həmin günlərdə Türkiyənin Bursa şəhərində rapira və şpaqa üzrə III beynəlxalq turnir də keçirilib. 10 ölkənin təmsil olunduğu yarışda komanda hesabında rapiraçı qızlarımız I, şpaqaçı qızlarımız II, şpaqaçı kişilər isə III yerə layiq görülüblər.
Şəxsi yarışlarda şpaqada beynəlxalq dərəcəli idmançımız Nelyubova Yuliya bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti