...

Azərbaycan Qolf Federasiyası Avropa Qolf Assosiasiyasına üzv seçilib

İdman Materials 15 Noyabr 2012 19:17 (UTC +04:00)
Azərbaycan Qolf Federasiyası (AQF) Avropa Qolf Assosiasiyasının oktyabr ayında Lüksemburqda keçirilmiş illik iclasında assosiasiyaya üzv seçilib. Üzvlük 120 nəfər nümayəndənin iştirak etdiyi iclasda yekdilliklə qəbul edilib.
Azərbaycan Qolf Federasiyası Avropa Qolf Assosiasiyasına üzv seçilib

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Azərbaycan Qolf Federasiyası (AQF) Avropa Qolf Assosiasiyasının oktyabr ayında Lüksemburqda keçirilmiş illik iclasında assosiasiyaya üzv seçilib. Üzvlük 120 nəfər nümayəndənin iştirak etdiyi iclasda yekdilliklə qəbul edilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, assosiasiya hazırda 42 üzv ölkədən ibarətdir və İcraçı komitə, Yarışlar üzrə komitə və Avropa Qolf Assosiasiyası "Handicap" və təlimi dəyərləndirmə komitəsi tərəfindən idarə olunur.

"AQF-nin Avropa Qolf Assosiasiyasına üzv seçilməsi son bir ayda sayca ikinci uğurudur. Bundan öncə Azərbaycan Qolf Federasiyası "R&A" qolf təşkilatının tərəfdaş üzvü seçilib. Hər ikisi dünyada qolfun oyun standartlarını müəyyən edən, yarışlar keçirən ən mühüm və elit qurumlardır. AQF-nin bu tipli təşkilatlara üzv olmağı ölkəmizin qolf sahəsi çox üçün böyük uğur və inkişaf mənbəyidir. Bu bizə ölkə qolfunun inkişafında davamlı, səmərəli və effektiv iş metodlarının möhkəmləndirilməsi sahəsində də yardımçı olacaq", - AQF-nin prezidenti Anar Məmmədov bildirib.

Qeyd edək ki, Avropa Qolf Assosiasiyası 1937-ci il noyabrın 20-də Lüksemburqdakı iclasların birində təsis olunub. Assosiasiya bu sahədə olan beynəlxalq məsələləri həll edir və üzvlük yalnız Avropanın milli həvəskar qolf assosiasiyalarına, federasiyalarına və birliklərinə aiddir.

Azərbaycan Qolf Federasiyası 2012-ci ilin əvvəllərində yaradılıb. Federasiyanın əsas missiyası Azərbaycanda idman növü olaraq qolfu inkişaf etdirmək, daha da populyarlaşdırmaq və geniş kütləyə sevdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti