Azərbaycan, Bakı, 20 noyabr /Trend/
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, iclasında aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın XIII turunun "Neftçi" - "Sumqayıt" matçının 35-ci dəqiqəsində "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XIII turunun "Qarabağ" - "Simurq" matçının 62-ci dəqiqəsində "Qarabağ" klubunun futbolçusu Rəşad Sadıqov hakimin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.
Həmçinin, Premyer Liqasının XIII turunun "Qəbələ" - "Kəpəz" matçında "Kəpəz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.