...

"Çelsi"nin yeni baş məşqçisi məlum oldu

İdman Materials 21 Noyabr 2012 14:48 (UTC +04:00)
İngiltərənin "Çelsi" futbol klubunun yeni baş məşqçisi ispaniyalı mütəxəssis Rafael Benites oldu.
"Çelsi"nin yeni baş məşqçisi məlum oldu

Azərbaycan, Bakı, 21 noyabr/Trend/

İngiltərənin "Çelsi" futbol klubunun yeni baş məşqçisi ispaniyalı mütəxəssis Rafael Benites oldu.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, klub rəhbərliyi artıq Benites ilə danışıqlar aparıb və mütəxəssis komandanı ölkə çempionatının 13-cü turu çərçivəsində "Mançester Siti" ilə oyuna çıxartmağa hazır olduğunu deyib.

Qeyd edək ki, 52 yaşlı Benites "Valensiya", "Liverpul" və "İnter" klublarında çalışıb. O, bu vəzifədə istefaya göndərilmiş Roberto di Matteonu əvəz edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti