...

Azərbaycan boksçuları beynəlxalq yarışlara hazırlaşır

İdman Materials 27 Noyabr 2012 18:12 (UTC +04:00)
Boks üzrə milli komandamız Kiyevdə təlim-məşq toplanışına başlayıb.
Azərbaycan boksçuları beynəlxalq yarışlara hazırlaşır

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Boks üzrə milli komandamız Kiyevdə təlim-məşq toplanışına başlayıb.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, dekabrın 5-dək davam edəcək hazırlıq prosesində 12 boksçu iştirak edir. Daha sonra komandamız iki yerə bölünəcək: onlardan bir qismi Kalininqradda keçiriləcək 19-22 yaşlı boksçular arasında Avropa çempionatına, bir qismi isə Rusiyanın Beloyarsk şəhərində təşkil olunacaq həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin Dünya Kuboku turnirinə yollanacaq.

Məşqçilər Vladimir Zolotaryov və Nəriman Abdullayevin rəhbərlik etdiyi heyət boks tarixində ilk dəfə təşkil olunan 19-22 yaşlılar arasında qitə çempionatına gedəcək. Heyətə Avropa çempionu Salman Əlizadə (49 kq), Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev (64 kq) kimi tanınmış boksçular da cəlb olunub. Digər çəki dərəcələrində Cavid Çələbiyev (56 kq), Elvin İsayev (60 kq), Tamerlan Abdullayev (69 kq) və Emil Əhmədov (75 kq) mübarizə aparacaqlar.

Məşqçi İlham Alimzanovun rəhbərlik edəcəyi heyət isə dekabrın 5-də Kiyevdən Beloyarska yollanacaq. Heyətə dünya və Avropa çempionatlarının mükafatçısı Samir Məmmədov (52 kq), İlkin Ağayev (56 kq), Salman İbrahimov (64 kq), İsmət Eynullayev (69 kq), Yolçu Zeynalov (75 kq) və Fərid Şabanov (91+kq) daxil edilib.

19-22 yaşlılar arasında Avropa çempionatı dekabrın 11-dən 18-ə kimi Rusiyanın Kalininqrad şəhərində, Neft Ölkələrinin dünya kuboku isə dekabrın 6-dan 9-a kimi Beloyarskda təşkil olunacaq.

Qeyd edək ki, gənclərdən ibarət boks üzrə milli komandamız isə dünya birinciliyində iştirak etmək üçün noyabrın 26-da Bakıdan Tbilisiyə, oradan isə çarter reysi ilə Yerevana yola düşüb. Baş məşqçi Şamil Alimzanov və məşqçi Natiq Talıbovun rəhbərliyi altında yarışda 7 boksçumuz mübarizə aparacaq. Komandamız Ermənistan paytaxtında xüsusi mühafizə olunmuş, tamamilə təcrid edilmiş şəkildə qalacaq.

Dünya birinciliyində Azərbaycanı Tural Əhmədov (52 kq), Nəsrəddin Məmmədov (56 kq), Pərviz Bağırov (64 kq), Saqi Salehli (69 kq), Orxan Mayıllı (75 kq), Rauf Rəhimov (81 kq) və Rahil Məmmədli (91 kq) təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti