...

"Neftçi"nin baş məşqçisi cəzalandırıldı

İdman Materials 25 Dekabr 2012 15:15 (UTC +04:00)
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Neftçi"nin baş məşqçisi cəzalandırıldı

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, Komitənin keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqasının XVIII turunun "Simurq" - "Rəvan" matçının 68-ci dəqiqəsində "Rəvan" klubunun heyətində 15 №-li futbolçu Tural Cəlilovun əvəzinə 10 №-li futbolçu Nemaniya Vidakoviç (8-ci legioner futbolçu) daxil olub və nəzərdə tutulan limit pozulub. Bu səbəbdən də "Rəvan" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Premyer Liqanın XVIII turunun "Sumqayıt" - "Kəpəz" matçında "Kəpəz" klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində "Kəpəz" klubunun 88 №-li futbolçusu Bujamin Asani kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

"Qarabağ" - "Xəzər Lənkəran" matçının 73-cü dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri pirotexniki vasitə istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.

Premyer Liqanın XVIII turunun "Turan" - "Qəbələ" oyununun 76-cı dəqiqəsində "Turan" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

XVIII turun "İnter" - "Bakı" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.

"Neftçi" - AZAL matçında "Neftçi" klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Matçın 61-ci dəqiqəsində "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Matçdan sonra keçirilən mətbuat konfransında "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev hakimin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətdiyi üçün klub 2000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti