...

Gəncədə ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri spartakiadaya hazırlaşır

İdman Materials 27 Yanvar 2013 03:07 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Gənclər və İdman baş idarəsinin təşkilatçılığı ilə umummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə Ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında spartakiada keçiriləcək. Bununla bağlı Azərbaycan dövlət Aqrar universitetində yarış iştirakçıları ilə görüş keçirilib.
Gəncədə ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri spartakiadaya hazırlaşır

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Gənclər və İdman baş idarəsinin təşkilatçılığı ilə umummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə Ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında spartakiada keçiriləcək. Bununla bağlı Azərbaycan dövlət Aqrar universitetində yarış iştirakçıları ilə görüş keçirilib.

Ənənəvi olaraq təşkil olunan spartakiada da tələbələr kollektiv idman növlərindən - futbol, futzal, voleybol, basketbol, fərdi mübarizə növlərindən güləş, boks, karate, taekvondo, dama və stolüstü tennis yarışlarında qüvvələrini sınayacaqlar. Azərbaycan dövlət aqrar universitetinin rəhbərliyi yarışları yüksək səviyyədə keçirmək məqsədi ilə iştirakçıların təklifləri dinlənilib və ümumi müzakirələr aparılıb.

Ötən il düzənlənən spartakiada da Universitetin oğlanlardan ibarət komandası yaxşı nəticə göstərərək Respublika turnirinin final mərhələsində çıxış etmək hüququna yiyələnib. İbrahim Cəfərovun sözlərinə idmançı tələbələrin müxtəlif səviyyəli yarışlarda iştirakı daim təmin olunub.

Bu kimi yarışları keçirməkdə əsas məqsəd tələbələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi o cümlədən, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməkdir.

Xəbər lenti

Xəbər lenti