...

"Neftçi" qələbə ilə başladı

İdman Materials 9 Fevral 2013 17:03 (UTC +04:00)
Qış fasiləsindən sonra bu gün Azərbaycan Premyer Liqasının 19-cu turuna start verilib.
"Neftçi" qələbə ilə başladı

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Qış fasiləsindən sonra bu gün Azərbaycan Premyer Liqasının 19-cu turuna start verilib.

Trend-in məlumatına görə, Gəncənin "Kəpəz" klubu paytaxtın "Neftçi" komandasını qəbul edib.

Matça qonaqlar daha fəal başlayıblar. "Neftçi"nin heyətində Flavinyo 26-cı dəqiqədə hesabı açıb. 68-ci dəqiqədə Kanales paytaxt futbolçularının üstünlüyünü bir qədər də möhkəmləndirib (0:2).

Düz 7 dəqiqə sonra Abdullayev gəncəliləri bir daha məyus edib (0:3). Bu, oyunda qeydə alının sonuncu qol olub.

Bu gün daha iki oyun baş tutacaq. "Rəvan" "Turan"ı, AZAL isə "Simurq"u qəbul edəcək.

Digər üç oyun fevralın 10-11-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti