...

Samuel Eto`O: Məni öldürmək istəyirlər

İdman Materials 10 Fevral 2013 23:10 (UTC +04:00)
Mahaçqalanın Anji klubunun forvardı Samuel Eto`O-dan maraqlı açıqlama gəlib.
Samuel Eto`O: Məni öldürmək istəyirlər

Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir E. Qəzvini/

Mahaçqalanın Anji klubunun forvardı Samuel Eto`O-dan maraqlı açıqlama gəlib. Trend-in Sport Ekspress qəzetinə istinadən xəbərində Kamerunlu oyunçunun milli Federasiyasını ittiham etdiyi qeyd olunub. Eto`O bildirib ki, o Kamerunun futbol federasiyasını korrupsiya faktinda ittiham etdikdən sonra əks tərəf onun ünvanına ölümlə bağlı hədələr ünvanlayıb.

Anji klubunun hücumçusunun sözlərinə görə, məhs Federasiya rəhbərliyinin göstərişi ilə onun ölümünə hökm verilib. Hazırda həyatının təhlukə ilə üz-üzə olduğunu gizlətməyən kamerunlu forvard, bu səbəbdən cangüdənlərin ona daha yaxın məsafədə, hətta yataq otağının qapısında yer aldığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti