...

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək

İdman Materials 14 Fevral 2013 15:19 (UTC +04:00)
Fevralın 19-dan 21-dək Bakı Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək. Çempionat Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Fevralın 19-dan 21-dək Bakı Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək. Çempionat Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarışda Bakı şəhəri və respublikanın bütün rayonlarında fəaliyyət göstərən idman klubları və idman cəmiyyətlərinin 100-dək idmançısının iştirakı gözlənilir.

Yarışlar Beynəlxalq Ağır Atletika Federasiyasının təsdiq etdiyi mövcud qaydalara əsasən, kişilər arasında 56, 62, 69, 77, 85, 94, 105, +105, qadınlar arasında 48, 53, 58, 63, 69,75, +75 çəki dərəcələrində təşkil ediləcək.

Yarışda ağır atletika üzrə Azərbaycan yığmasının hazırkı üzvləri də iştirak edəcəklər.

Yarışlara fevralın 19-da saat 12.00-da start veriləcək. Çempionatın rəsmi açılış mərasimi isə həmin gün saat 14.30-da başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti