...

Qadın güləşçilərin Avropa çempionatı öncəsi son sınağı

İdman Materials 25 Fevral 2013 12:33 (UTC +04:00)
Martın 1-2-də Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 43-cü beynəlxalq turnir keçiriləcək. Turnirdə ölkəmizin qadın güləşçilərdən ibarət yığma komandası iştirak edəcək.
Qadın güləşçilərin Avropa çempionatı öncəsi son sınağı

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Martın 1-2-də Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 43-cü beynəlxalq turnir keçiriləcək. Turnirdə ölkəmizin qadın güləşçilərdən ibarət yığma komandası iştirak edəcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, baş məşqçi Yaqub Məmmədov, böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevin başçılığı altında yığma komandanın 10 üzvü Minskdə qüvvəsini sınayacaq. Heyətdə Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), İrina Netreba, Yuliya Ratkeviç, Sona Əhmədli (hamısı 59 kq), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk, Dərya Korin (hər ikisi 67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıb.

Beynəlxalq turnirdə iştirak etdikdən sonar Avropa çempionatına daha yaxşı hazırlıq məqsədilə yığma komandanın heyəti 3-14 mart 2013-cü il tarixlərdə Belarus yığma komandası ilə birgə təlim-məşq toplanışında iştirak edəcək.

Turnirin baş koordinatoru AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov olacaq. O, FILA-nın nümayəndəsi kimi yarışların təşkilinə və gedişinə nəzarət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti