Azərbaycan, Bakı, 19 mart /Trend/
Bu gün AFFA İntizam Komitəsinin iclası Premyer Liqanın oyunlarında baş verən bəzi olaylarla bağlı qərar verilib.
Premyer Liqanın XXIII turunun "Bakı" - "Neftçi" matçında "Bakı"nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Simurq" - "Qarabağ" oyunun 63-cü dəqiqəsində "Simurq" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat edilib.
Oyunun 81-ci dəqiqəsində "Simurq"un futbolçusu Rəşad Eyubov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Premyer Liqanın XXIII turunun "Rəvan" - "Xəzər Lənkəran" oyununun 74-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun futbolçusu Elnur Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
Premyer Liqasının XXIII turunun "Qəbələ" - "İnter" matçında "İnter" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.