...

Çingiz Hüseynzadə: Son 4 ildə Azərbaycanın Olimpiya hərəkatı ciddi nəticələrlə yadda qalıb (FOTO)

İdman Materials 3 Aprel 2013 11:43 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Olimpiya Komitəsində keçirilən iclasda MOK fərdi üzvləri ilə yanaşı Olimpiya və qeyri-olimpiya idman növləri federasiyaları, idman təşkilatları və dövlət strukturlarını təmsil edən şəxslər iştirak edir.
Çingiz Hüseynzadə: Son 4 ildə Azərbaycanın Olimpiya hərəkatı ciddi nəticələrlə yadda qalıb (FOTO)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Olimpiya Komitəsinin VI Hesabat-seçki Baş Məclisi öz işinə başlayıb.

Trend-in məlumatına görə, Milli Olimpiya Komitəsində keçirilən iclasda MOK fərdi üzvləri ilə yanaşı Olimpiya və qeyri-olimpiya idman növləri federasiyaları, idman təşkilatları və dövlət strukturlarını təmsil edən şəxslər iştirak edir.

MOK-nin vitse-prezidenti Çingiz Hüseynzadə komitənin ötən dörd il ərzindəki fəaliyyəti haqqında hesabat verərək bu dövr ərzində əldə olunan uğurlardan danışaraq 2012-ci ildə London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının uğurunu, yeniyetmələr arasında Sinqapurda keçirilən Olimpiadada azərbaycanlı yeniyetmələrin böyük qələbələrini, Avropa Olimpiya Komitəsinin 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarını, 2017-ci ildə Bakı şəhərində İslam Oyunlarının keçirilməsi ilə bağlı qərarı qeyd edib.

"Son 4 il Azərbaycanda olimpiya hərakatı irəli gedib, böyük nəticələrlə yadda qalıb. Hesabat dövründə Azərbaycan 3 Olimpiya oyununda - Vankuver Qış, London Yay və Sinqapur Yeniyetmələr arasında Olimpiya oyunlarında iştirak edib. Azərbaycanın Olimpiya komandası elə nəticələrə imza atıb ki, həmin nəticələrin qorunub saxlanması və inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub", - MOK vitse-prezidenti çıxışında deyib.

Hüseynzadə bildirib ki, ötən dörd il ərzində Azərbaycanda təşkil olunan beynəlxalq idman tədbirlərinin sayı ilbəil artıb.

O deyib ki, hesabat dövrü ərzində beynəlxalq əməkdaşlıq çərçivəsində Litva, Polşa, Rumıniya, Belarusla qarşılıqlı anlaşma memorandumları imzalanıb.

MOK VI Baş Məclisində, həmçinin MOK-nin İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti