...

MOK-un baş katibi və vitse-prezidentləri seçilib

İdman Materials 3 Aprel 2013 17:20 (UTC +04:00)
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) VI Hesabat-seçki Baş Məclisi keçirilib.
MOK-un baş katibi və vitse-prezidentləri seçilib

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir M.Əliyev/

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) VI Hesabat-seçki Baş Məclisi keçirilib.

Trend-in məlumatına görə, İcraiyyə Komitəsinin qərarına əsasən, yeni heyətdə dəyişiklik olmayıb. Ağacan Abiyev yenə baş katib, Çingiz Hüseynzadə, Azad Rəhimov, Xəzər İsayev isə vitse-prezident vəzifəsini icra edəcəklər.

Qeyd edək ki, gündəlikdə 5 məsələ - MOK-un İcraiyyə Komitəsinin 2009-2013-cu illərlə bağlı hesabatı, Təftiş Komissiyasının hesabatı, hesabat dövründəki fəaliyyətlə bağlı çıxışlar, İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi və Təftiş Komissiyasının üzvlərinin seçilməsi müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti