...

Vergi işçiləri arasında Şahmat Turnirinə start verilib (FOTO)

İdman Materials 6 Aprel 2013 14:21 (UTC +04:00)
Turnir Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil edilmişdir.
Vergi işçiləri arasında Şahmat Turnirinə start verilib (FOTO)

Azərbaycan, Bakı, 6 aprel /Trend /

Aprel ayının 6-də Vergilər Nazirliyinin inzibati binasında vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ənənəvi şahmat turnirinin açılış mərasimi keçirilmişdir.

Turnir Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil edilmişdir.

Turnirin iştirakçılarını salamlayan vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov bildirmişdir ki, Azərbaycanda şahmatın zəngin inkişaf yolu var və şahmat ölkəmiz üçün ənənəvi idman növlərindəndir. Azərbaycanda böyük şahmatçılar yetişmişdir. Şahmatın daha da sürətlə inkişaf etməsi, şahmatçılarımızın müstəqil dövlətin təmsilçisi kimi beynəlxalq səviyyədə uğurlarının artması isə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başlanmışdır. Məhz onun Azərbaycana rəhbərlik etdiyi dövrdə şahmatın inkişafına göstərilən diqqət və qayğı nəticəsində ölkənin bir çox şəhər və rayonlarında onlarla şahmat məktəbləri və klublar açılmış, şahmata maraq kütləvi xarakter almış və Azərbaycan şahmat məktəbi formalaşmağa başlamışdır.

S.Ələkbərov Prezident İlham Əliyevin hazırda şahmatın inkişafına böyük diqqət yetirdiyini, bu məqsədlə 2009-cu ildə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında xüsusi sərəncam imzalandığını vurğulamışdır. Qeyd etmişdir ki, şahmatçılara göstərilən dövlət qayğısının nəticəsində onların beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə artır. Azərbaycanlı şahmatçılar müxtəlif beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edirlər.

Vergi orqanlarının bütün struktur bölmələrinin nümayəndələrinin iştirak etdiyi, Olimpiya sistemi üzrə keçirilən turnir aprel ayının 27-də başa çatacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti