...

Azərbaycan 2014 Qış Olimpiya Oyunlarına dağ xizəyi üzrə 2-ci lisenziyanı qazandı (FOTO)

İdman Materials 8 Aprel 2013 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Ötən həftə Azərbaycan idmançıları Bolqarıstanın Bansko şəhərində keçirilən dağ xizəyi üzrə çempionatda iştirak ediblər. Çempionat dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən ərazidə baş tutub.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, çempionatda iştirak edən iki Azərbaycan atleti - Patrik Brahner və Sedrik Notz müvafiq olaraq 4-cü və 23-cü yerləri tutublar. Elə həmin gün gənclər arasında keçirilən digər yarışlarda isə adıçəkilən atletlər müvafiq olaraq 6-cı və 19-cu yerləri tutublar.

Bütün yarışlar nəticəsində ortalama balına görə dağ xizəyinin slalom növü üzrə atlet Sedrik Notz Soçi 2014 Qış Olimpiya Oyunlarına lisenziya qazanmaqla bu idman növündə Azərbaycanın balansına 2-ci lisenziyanı yazıb.

Qeyd edək ki, digər atletimiz Patrik Brahner Soçi 2014 Qış Olimpiya Oyunlarına lisenziyanı 2013-cü ilin əvvəlində keçirilmiş yarışlar nəticəsində əldə etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti