...

Bakıda ümummilli liderin 90 illik yubileyi münasibətilə basketbol turniri keçirilib (FOTO)

İdman Materials 15 Aprel 2013 16:53 (UTC +04:00)
YAP-ın Nizami rayon təşkilatından Trend-ə verilən məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami rayon İcra Hakimiyyəti birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə rayon məktəbliləri arasında basketbol turniri keçirib. Turnirin baş tutduğu 242 saylı orta məktəbin direktoru Akif Rəsulov keçirilən yarışın Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram olaraq, reallaşdırıldığını bildirib və turniri açıq elan edib.
Bakıda ümummilli liderin 90 illik yubileyi münasibətilə basketbol turniri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Nizami rayonunda ümummilli liderin 90 illik yubileyi münasibətilə basketbol turniri keçirilib.

YAP-ın Nizami rayon təşkilatından Trend-ə verilən məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami rayon İcra Hakimiyyəti birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə rayon məktəbliləri arasında basketbol turniri keçirib. Turnirin baş tutduğu 242 saylı orta məktəbin direktoru Akif Rəsulov keçirilən yarışın Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram olaraq, reallaşdırıldığını bildirib və turniri açıq elan edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra çıxışlar olub. YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin gənclərə olan münasibətindən söz açıb: "Məhz, 1993-cü ildə Azərbaycanda xalqın təkidli tələbilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev gənclərin sağlam və vətənpərvər yetişməsi, tərbiyə almasına xüsusi diqqət ayırmışdı. Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev isə bu sahədə dövlətin fəaliyyətini daha da genişləndirdi. Bunun nəticəsidir ki, Azərbaycanda onlarla İdman Olimpiya Kompleksləri inşa edilib, minlərlə müasir idman infrastrukturuna malik məktəblər təmir edilib".

Çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov rayon təşkilatının bu cür tədbirləri silsiləli şəkildə keçirdiyini diqqətə çatdırıb. O, bildirib ki, təşkilat ulu öndərin 90 illik yubileyi münasibətilə məktəblilər arasında həndbol, brey-rinq, şahmat, rəsm və digər istiqamətli kütləvi tədbirlər keçirəcək.

Turnirin açılışında çıxış edən YAP Nizami rayon təşkilatının İdarə Heyətinin üzvü Şükür Mehrabov, Gənclər Birliyinin sədri Əli Pənahov, 70 saylı litseyin direktoru Nazim Qasımov məktəblilərə uğurlar arzulayıblar.

Sonra Nizami rayonu Uşaq və Gənclər Yaradıcılıq mərkəzinin kollektivi xüsusi proqramla çıxış edib.

Təntənəli açılışdan sonra turnirə start verilib. Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə məktəblilər arasında keçirilən basketbol turnirində 16 komanda öz gücünü sınayıb. Olimpiya sistemi üzrə keçirilən və beynəlxalq dərəcəli hakimlərin idarə etdiyi turnirin qalibi 145 saylı orta məktəbin kollektivi, ikinci və üçüncü yerin sahibləri isə "Zəngi" və 70 saylı liseylərin komandaları olub.

Turnir başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. İkinci və üçüncü yerin sahiblərinə medallar, diplomlar və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, turnirin qalibinin mükafatlandırılması ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçiriləcək ümumrayon tədbirində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti