Azərbaycan, Bakı 10 may /Trend/
"AtaBank"ın dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları arasında keçirilən mini futbol turnirində 1/4 final mərhələsinin oyunları başa çatıb. Bu barədə cümə günü Trend-ə bankdan daxil olan məlumatda bildirilir.
Gərgin keçən görüşlərdən sonra yarımfinala yüksələn 4 komandanın adına aydınlıq gəlib. Maraqlıdır ki, qrup qalibləri 1/2 finala vəsiqə qazanmaqla, əbəs yerə lider olmadıqlarını sübut ediblər.
1/4 final
"AtaTexnologiya" - "FC Cybernet" - 1:0
QOL: Ramiz Boqdanov, 29
Mərhələyə bu oyunla start verilib. Qrup mərhələsində bütün oyunlarını qələbə ilə başa vuran birincilər bu dəfə də büdrəməyiblər. Matçın 29-cu dəqiqəsində Ramiz Boqdanovun vurduğu qol cütün taelyini həll edib və "AtaTexnologiya" 1/2 finala yüksəlib.
"AtaCard" - "Bank VTB" - 2:2 (pen, 5:4)
QOLLAR: Teymur Axundov, 24; Murad Əlizadə, 31 - Abdulla Salmanov, 15; Anar Rəhimov, 45
Penalti seriyası:
"Bank VTB": Anar Rəhimov, 0:1; Anar Axundov, 1:2; Elçin Babayev, 2:3; Orxan Nəsibov, 3:3; Fərəc Fərəci, 4:4;
"AtaCard": Ağadadaş Abbasov, 1:1; Fərrux Zeyniyev, 2:2; Murad Əlizadə, 3:3; Müslüm Əhmədov, 4:3; Teymur Axundov, 5:4
Gərgin mübarizə şəraitində keçən matçın qalibi penaltilər seriyasında bilinib. "AtaCard" "lotereya"da sevinən tərəf olub. Düzdür, onlar 2:1 öndə olarkən penaltini dəf edərək, əsas vaxtda qalib gəlməyə yaxın idilər. Lakin qarşılaşmanın başa çatmasına 5 dəqiqə qalmış "Bank VTB" hesabı bərabərləşdirməyə nail olub. Nəticədə əlavə vaxt oynanılıb. Bu 10 dəqiqədə tərəflər fərqlənə bilmədiyindən penaltilərə ehtiyac duyulub. Burada daha dəqiq olan "AtaCard" yarımfinalda "AtaTexnologiya"ya rəqib olub.
"No Name" - "Gobustone" - 2:0
QOLLAR: Hüseyn Xəlilov, 37; Tural Qurbanov, 50
Bu cütdə də qrup mərhələsini birinci yerdə başa vuran "No Name" bir daha gücünü nümayiş etdirib. Onlar rəqiblərinə heç bir şans verməyiblər. İlk hissənin heç-heçə bitməsinə baxmayaraq, son 13 dəqiqədə 2 qol vuran "adsız komanda" mərhələ adlayıb.
MXD - "Synergetic" - 3:3 (pen, 3:2)
QOLLAR: Faiq Baxşiyev, 29; 46; Tural Süleymanov, 50 - Fərid Hüseynov, 3; Emin Aydəmirov, 9; Riyad Hüseynov, 16
Penalti seriyası:
"Synergetic": Şahin Abbasov, 0:0; Fərid Hüseynov, 0:1; Riyad Hüseynov, 0:2; Nurlan Rzayev, 1:2; Emin Aydəmirov, 1:2; Orxan Quliyev, 2:2;
MXD: Fərid Paşayev, 0:0; Faiq Baxşiyev, 0:1; Tural Süleymanov, 1:2; Tamerlan Məmmədov, 1:2; Lüfvi Əliyev, 2:2; Kamran Kərimov, 3:2
Günün ən maraqlı və həyəcanlı oyunu bu komandalar arasıbnda olub. Belə ki, MXD matça zəif başlayıb. Bundan məhərətlə istifadə edən "Synergetic" 16 dəqiqəyə rəqibini 3 dəfə mərkəzə dəvət edib. Lakin bütün azarkeşlər MXD-nin mübarizəni dayandıracağını düşündüyü anda, komanda özündə güc tapmağı bacarıb. Əzmkar oyun nümayiş etdirən MXD matçın başa çatasına cəmi 8 saniyə qalmış bərabərlik topunu vurub. Ardınca əlavə vaxtda komandalar qapıya yol tapa bilməyiblər.
Maraqlıdır ki, penaltilər seriyasında da MXD 0:2 hesabı ilə geri düşüb. Amma sonda sevinən tərəf yenə onlar olublar. Qapıçılarının və futbolçularının dəqiqliyi "Synergetic"in növbəti mərhələ arzusunun üstündən xətt çəkib.
Beləliklə, yarımfinal cütləri aşağıdakı kimidir:
MXD - "No Name"
"AtaCard" - "AtaTexnologiya"
Qeyd edək ki, bu mərhələnin görüşləri 8-ci mikrorayonda yerləşən Tennis Akademiyasında keçirilib.