...

Yeniyetmələrin Azərbaycan çempionatı keçiriləcək

İdman Materials 10 May 2013 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

Mayın 18-21-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, FILA-nın mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq çempionatda respublikanın demək olar ki, bütün bölgələrini təmsil edən 1996-97-ci il təvəllüdlü idmançılar 10 çəki dərəcəsində mübarizə aparacaqlar.

Yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

Turnirin proqramına əsasən, mayın 18-19-da sərbəst, mayın 21-21-də isə yunan-Roma güləşçiləri arasında ən güclülər müəyyənləşəcək.

Yarışlar hər gün səhər saat 10:00-da başlanacaq. Təntənəli açılış marasimi mayın 18-i, saat 17:00-a təyin edilib. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti