...

San-Marinoda "Bakı 2015" Avropa Oyunları ilə bağlı təqdimat keçirilib

İdman Materials 18 May 2013 17:58 (UTC +04:00)
16-18 may 2013-cü il tarixlərində San-Marino şəhərində Avropa Olimpiya Komitəsinin 34-cü seminarı və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Forumu keçirilib.
San-Marinoda "Bakı 2015" Avropa Oyunları ilə bağlı təqdimat keçirilib

Azərbaycan, Bakı, 18 may /Trend/

16-18 may 2013-cü il tarixlərində San-Marino şəhərində Avropa Olimpiya Komitəsinin 34-cü seminarı və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Forumu keçirilib.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Avropa Olimpiya Komitəsinə üzv olan Milli Olimpiya komitələrinin nümayəndə heyətləri iştirak ediblər.

Üç gün davam edən seminar və forumda Azərbaycanı Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva təmsil edib.

K.Nurullayeva seminarda "Bakı 2015" layihəsi haqqında geniş məlumat verib və Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün Azərbaycanda böyük potensialın olduğunu vurğulayıb: "Avropa Oyunlarına iki il vaxt qaldığından biz hazırda bütün gücümüzlə idman və qeyri-idman obyektlərini tam hazır etməyə çalışırıq. "Bakı 2015" idman tarixində bir zəfər olacaq və biz bir neçə idman növü üzrə belə bir mötəbər yarışın şəhərimizdə keçiriləcəyindən dolayı çox məmnunuq".

Bundan əlavə, Avropa Oyunları ilə bağlı yaradılmış AOK-nin Əlaqələndirmə Komissiyasının sədri cənab Spiros Kapralos tədbirdə ətraflı məruzə ilə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti