...

İspaniya klubunun üzvü Azərbaycan millisinin toplanışında iştirak etməyəcək

İdman Materials 24 May 2013 18:20 (UTC +04:00)
Eddi İsrafilov millinin toplanışında iştirak etməyəcək. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
İspaniya klubunun üzvü Azərbaycan millisinin toplanışında iştirak etməyəcək

Azərbaycan, Bakı, 24 may /Trend/

Eddi İsrafilov millinin toplanışında iştirak etməyəcək. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.

Qeyd edək ki, hazırda İspaniyanın çempionatının II divizionunda çıxış edən "Real Mursia" klubunun üzvü Eddi İsrafilov Azərbaycan milli komandasında yoxlanış üçün millimizin Qətərin Doha şəhərində keçiriləcək təlim-məşq toplanışına dəvət olunmuşdu. Lakin danışıqlar zamanı futbolçu əvvəlcə ilkin razılıq versə də, sonradan qəti qərara gəlmədiyini bildirib.

Bununla əlaqədar, Eddi İsrafilov Azərbaycan milli komandasının Qətərdə keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti