...

"Fənərbağça"nın Riberi sevdası

İdman Materials 26 May 2013 13:50 (UTC +04:00)
Transfer mövsümünü Alper Potuku "Qalatasaray"ın əlindən alaraq açan "Fənərbağça"nın daha böyük iddiaları var.
"Fənərbağça"nın Riberi sevdası

Azərbaycan, Bakı, 26 may /Trend/

Transfer mövsümünü Alper Potuku "Qalatasaray"ın əlindən alaraq açan "Fənərbağça"nın daha böyük iddiaları var.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, klub rəhbərliyi fransız futbolçu Frank Riberini transfer etmək üçün "Bayern Münhen"lə danışıqlara başlamaq niyyətindədir.

Almaniya klubuna göndərilən faksda deyilir: "Peşəkar futbolçunuz Riberinin transferi üçün klubunuzun rəhbərliyi ilə rəsmi danışıqlara başlamaq istəyirik".

Alman mənbələrdən qaynaqlanan bəzi xəbərlərdə isə "Fənərbağça"nın "Bayern"in hollandiyalı ulduzu Aryen Robbeni də transfer etmək istədiyi yazılır.

Xəbər lenti

Xəbər lenti