...

Con Toşak: "Neftçi" oyunu ilə sübut etdi ki, bu mövsüm ən yaxşı komandadır

İdman Materials 29 May 2013 01:01 (UTC +04:00)
"Neftçi" oyunu ilə sübut etdi ki, bu mövsüm ən yaxşı komandadır. Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, bunu 20-ci Azərbaycan final oyunundan sonra təşkil olunmuş mətbuat konfransında "Xəzər Lənkəran" klubunun baş məşqçisi Con Toşak deyib.
Con Toşak: "Neftçi" oyunu ilə sübut etdi ki, bu mövsüm ən yaxşı komandadır

Azərbaycan, Bakı, 29 may /Trend/

"Neftçi" oyunu ilə sübut etdi ki, bu mövsüm ən yaxşı komandadır. Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, bunu 20-ci Azərbaycan final oyunundan sonra təşkil olunmuş mətbuat konfransında "Xəzər Lənkəran" klubunun baş məşqçisi Con Toşak deyib.

Məşqçi bildirib: "Finalda uduzmaq çox məyusedicidir. Həm də penaltilər seriyasında. Bu cür final karyeramda üç dəfə olub. Əvvəl "Real" (Sosyedad) və "Beşiktaş"la qələbə qazansam da, bu dəfə penaltilərdə üzüldüm. "Neftçi" futbolçularını təbrik etmək və Saşa Stamenkoviçə demək istəyirdim ki, bizim futbolçular penalti vuran zaman onun hərəkətləri yolverilməz idi. "Qarabağ" və "İnter"ə qarşı oynamamışıq, onların oyunları haqqında heç nə deyə bilmirəm. "Neftçi" oyunu ilə sübut etdi ki, bu mövsüm ən yaxşı komandadır. "Neftçi"yə Çempionlar Liqasında uğurlar arzulayıram. Azərbaycan çempionatı yeni inkişafda olan çempionatdır. Gələn mövsüm bizim üçün daha çətin olacaq, güclü rəqiblərə qarşı mübarizə aparacağıq".

"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib: "Hakim qapıçıya qapıda yeri tutmaq haqda göstəriş verəndən sonra Stamenkoviç buna əməl etməzsə, cəzalana bilər. Onun 11 metrlik cərimə zərbəsinə həssaslığı var. Bu, Stamenkoviçin serbsayağı uğur nişanıdır. Mən rəqib komandanın taktiki düzülüşünü görən kimi Con Toşakın ikiqat müdafiə ilə oynadığını bildim. Meydana 8 müdafiəçi ilə çıxmışdılar. "Turan", "Kəpəz" və "Sumqayıt"la oyunlarını izləmişdim. Açıq futbol oynasaydılar onlar üçün ağır olardı. Toşak da təcrübəsinə güvənib müdafiə futbolu oynadı. 100%-lik qol epizodu yarada bilmədilər. Əvəzetmələr komandanın oyununu gücləndirə və ya sındıra bilər. Əlimin altında olan futbolçuların nəyə qadir olduğunu bilirəm. Antalyada gündə 3 dəfə məşq edəndə bəzi insanlar buna qəribə yanaşdılar. Bunun nəticəsini indi gördük. Cavid İmamverdiyev xəyallar dünyasında yaşayır. Mitreski mənim istədiyim oyun fəlsəfəsinə uyğun futbolçudur".

Qeyd edək ki, 20-ci Azərbaycan kubokunun əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə başa çatan final oyununda "Neftçi" "Xəzər Lənkəran"ı oyunsonrası penaltilərdə 5:3 hesabı ilə məğlub edərək mövsümü "qızıl dubl"la başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti