...

“Milan” Hondanı almaq üçün Robinyonu satacaq

İdman Materials 1 İyul 2013 14:38 (UTC +04:00)
İtaliyanın "Milan" klubu hüçumçusu Robinyonun Braziliyanın "Sanhtos" klubuna satıb əldə olunan gəlir hesabına Rusiyanın "MOİK" klubunun yarımmüdafiəçisi Keysuke Hondanı heyətinə qatmaq niyyətindədir.
“Milan” Hondanı almaq üçün Robinyonu satacaq

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir E.Tanrıverdiyev/

İtaliyanın "Milan" klubu hüçumçusu Robinyonun Braziliyanın "Sanhtos" klubuna satıb əldə olunan gəlir hesabına Rusiyanın "MOİK" klubunun yarımmüdafiəçisi Keysuke Hondanı heyətinə qatmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə "Corriere dello Sport" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına görə, Braziliya klubu 29 yaşlı hücumçuya görə 8 milyon avro ödəməyə hazırdır. "Milan" isə bu məbləğə yaponiyalı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır.

Xatırladaq ki, 27 yaşlı Hondanın hərbçilərlə müqaviləsinin müddəti yarım ildən sonra bitir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti