...

İspaniya klubunda oynayan azərbaycanlı milli komandada çıxış etmək müqabilində 500 min avro vəsait istəyib

İdman Materials 4 İyul 2013 13:01 (UTC +04:00)
İspaniya çempionatının II divizionunda çıxış edən "Real Mursia" klubunun üzvü Eddi İsrafilov Azərbaycan milli komandasında çıxış etmək müqabilində AFFA-dan 500 min avro vəsait istəyib.
İspaniya klubunda oynayan azərbaycanlı milli komandada çıxış etmək müqabilində 500 min avro vəsait istəyib

Azərbaycan, Bakı, 4 iyul /Trend/

İspaniya çempionatının II divizionunda çıxış edən "Real Mursia" klubunun üzvü Eddi İsrafilov Azərbaycan milli komandasında çıxış etmək müqabilində AFFA-dan 500 min avro vəsait istəyib. Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandada hər hansı məbləğ qarşılığında oynamağın yolverilməz olduğunu bildirən AFFA Eddi İsrafilovun təklifini qəbul etməyib və bildirib ki, millinin şərəfini qorumaq hər bir idmancı üçün müqəddəs borc hesab olunmalıdır.

AFFA Eddi İsrafilovun valideynləri və meneceri ilə danışıqları davam etdirib. Onlar İsrafilovun İspaniya milli komandasına dəvət almaq ehtimalının olduğunu əsas gətirərək,
AFFA Eddi İsrafilova İspaniya milli komandasına dəvət olunmaq məsələsində və gələcək futbolçu karyerasında uğurlar arzulayır.

Qeyd edək ki, İspaniya çempionatının II divizionunda çıxış edən "Real Mursia" klubunun üzvü Eddi İsrafilov Azərbaycan milli komandasında yoxlanış üçün millimizin mayın 25-dən 30-dək Qətərin Doha şəhərində keçirilmiş təlim-məşq toplanışına dəvət olunub. Danışıqlar zamanı futbolçu əvvəlcə ilkin razılıq versə də, sonradan qəti qərara gəlmədiyini bildirib. Bununla əlaqədar, Eddi İsrafilov Azərbaycan milli komandasının Qətərdə keçirilmiş təlim-məşq toplanışında iştirak etməmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti