Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir T.Cəfərov/
İran və Azərbaycan güləş, ağırlıqqaldırma və boks idman növlərində əməkdaşlığı inkişaf etdirməklə bu idman növləri üzrə daha böyük nailiyyətlər əldə edə bilər. Bunu Bakıda səfərdə olan İran İslam Respublikasının gənclər və idman naziri Məhəmməd Abbasi Trend-ə müsahibəsində deyib.
Abbasi qeyd edib ki, bu üç idman növü ilə yanaşı, idmanın digər sahələrində də əməkdaşlığın inkişafı iki ölkənin idmanda uğurlarınının sayını artıra bilər.
O bildirib ki, İran qazandığı nailiyyətlərə Olimpiya Oyunlarında 17-ci, Paralimpiya Oyunlarında isə 12-ci yerdədir.
Abbasi bildirib ki, İran və Azərbaycan idmançıları müxtəlif hazırlıqlar keçməklə də Olimpiya və Paralimpiya oyunlarında uğurlarının sayını artıra bilərlər.