Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir M.Əliyev/
İsveçrənin Nyon şəhərində cümə günü UEFA Çempionlar Liqasında "pley-off" mərhələsinin püşkü atılıb.
Trend-in məlumatına görə, püşkün nəticələrinə görə, Türkiyənin "Fənərbaxça" klubu bu mərhələdə İngiltərənin adlı-sanlı "Arsenal" klubu ilə qarşılaşacaq.
"Pley-off" mərhələsinin oyunları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.
Digər cütlüklər:
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Avstriya" (Avstriya)
"Ludoqorets" (Bolqarıstan) - "Bazel" (İsveçrə)
"Viktoriya" (Çexiya) - "Maribor" (Sloveniya)
"Şaxtyor" (Karaqandi, Qazaxıstan) - "Seltik" (Şotlandiya)
"Styaua" (Rumıniya) - "Legiya" (Polşa)
"Lion" (Fransa) - "Real Sosyedad" (İspaniya)
"Şalke" (Almaniya) - "Metallist" (Ukrayna)
"Pakos de Fereyra" (Portuqaliya) - "Zenit" (Rusiya)
PSV (Hollandiya) - "Milan" (İtaliya)