...

"Ayntraxt"ın baş məşqçisi: "Qarabağ"ı udmaq üçün biz bütün gücümüzü sərf etməli olacağıq (FOTO)

İdman Materials 21 Avqust 2013 18:37 (UTC +04:00)
"Qarabağ"ı udmaq üçün biz bütün gücümüzü sərf etməli olacağıq. Trend-in məlumatına görə, bunu Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasının baş məşqçisi Armin Fe çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
"Ayntraxt"ın baş məşqçisi: "Qarabağ"ı udmaq üçün biz bütün gücümüzü sərf etməli olacağıq (FOTO)

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir M.Əliyev/

"Qarabağ"ı udmaq üçün biz bütün gücümüzü sərf etməli olacağıq. Trend-in məlumatına görə, bunu Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasının baş məşqçisi Armin Fe çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

O, "Qarabağ"ın oyunlarına baxdığını və güclü rəqib hesab etdiyini bildirib: "Standard vəziyyətləri "Qarabağ" yaxşı yerinə yetirir və bunu da nəzərə almalıyıq".

Frankfurt klubunun yarımmüdafiəçisi Aleksandr Meyer də oyunun öz klubu üçün çətin olacağını vurğulayıb: "Çətin oyun olacaq. Amma "Qarabağ"a qarşı da Bundesliqanın son turunda "Bayern"lə oynadığımız kimi oynasaq, qələbə qazana bilərik".

Meyer qol vurub-vurmamağı ilə bağlı proqnozları səsləndirməyib: "Mənim qol vurmağım əsas deyil. Daha vacib olan komandamın qələbə qazanmasıdır".

Qeyd edək ki, sabah Avropa Liqasının pley-off mərhələsində Ağdamın "Qarabağ" klubu Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandası ilə qarşılaşacaq. Tofiq Bəhramov adına stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti