...

“Ayntraxt”-ın baş məşqçisi: Bakıda qarşımızda texniki baxımdan hazırlıqlı komanda oynadı

İdman Materials 22 Avqust 2013 23:38 (UTC +04:00)
Bakıda qarşımızda texniki baxımından hazırlıqlı komanda oynadı. Trend-in məlumatına görə, bunu “Ayntraxt” klubunun baş məşqçisi Armin Fe “Qarabağ”la oyundan sonrakı mətbuat konfransında bildirib.
“Ayntraxt”-ın baş məşqçisi: Bakıda qarşımızda texniki baxımdan hazırlıqlı komanda oynadı

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir M.Əliyev/

Bakıda qarşımızda texniki baxımdan hazırlıqlı komanda oynadı. Trend-in məlumatına görə, bunu "Ayntraxt" klubunun baş məşqçisi Armin Fe Bakıda "Qarabağ"la oyundan sonrakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "Ayntraxt" "Qarabağ"la oyuna çox ciddi yanaşmışdı: "Oyunun əvvəlinə qol vurmaq bizim işimizə yaradı. Oyunu öz kontrolumuzda saxlamaq istəsədə Qarabağ bir çox anlarda üstünlüyə malik idi. Əsas nailiyyətimiz Rəşad Sadıxovun oyundan düşməsinə nail olmamız idi və bunu bacardıq".

Fe komandasının cavab oyununda daha dinamik futbol oynacağını bildirib.

Baş məşqçi Bakı azarkeşlərinin dəstəyini qeyd etdi: "İkinci hissədə özümüzü sanki təyyarədə hiss edirdik"

"Ayntraxt" klubunun heyətində "Qarabağ"a qarşı hər iki qolun müəllifi Meyer də oyun barədə öz fikirlərini bildirib: "Baş məşqçinin bizdən tələb etdiyini həyata keçirdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti