...

Almaniyanın bundesliqa klubu Reynaldonu heyətinə qatmaq istəyir

İdman Materials 2 Sentyabr 2013 14:02 (UTC +04:00)
“Qarabağ”ın oyunçusu Reynaldo da Silva bundesliqada yarışan “Hoffenhaym” klubunun maraq dairəsinə düşüb. Trend-in xəbərinə görə, bu haqda Almaniyanın sportal.de saytı məlumat yayıb.
Almaniyanın bundesliqa klubu Reynaldonu heyətinə qatmaq istəyir

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

"Qarabağ"ın oyunçusu Reynaldo da Silva bundesliqada yarışan "Hoffenhaym" klubunun maraq dairəsinə düşüb. Trend-in xəbərinə görə, bu haqda Almaniyanın sportal.de saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, yay transfer pəncərəsinin bitməsinə az qalmış "Hoffenhaym" Ağdam klubundan Reynaldo və ya "Vest Hem Yunayted"dən Rikardonu heyətinə cəlb etmək istəyir.

"Kicker" nəşri isə yazıb ki, Reynado Silva Avropa Liqasında beş, Azərbaycan Premyer Liqasında isə cari mövsümdə üç qola imza ayıb. Alman jurnalistlər braziliyalı futbolçunun "Ayntraxt"la Avroliqanın pley-off mərhələsinin təkrar matçında da fərqləndiyini və mövsüm uğurlu oyunlar keçirdiyini yazıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti