...

Azərbaycan ağırlıqqaldıranı İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb (FOTO)

İdman Materials 24 Sentyabr 2013 17:19 (UTC +04:00)
Azərbaycan idmançısı Silviya Angelova 3-cü İslam Həmrəyliyi Oyunlarının ağırlıqqaldırma yarışlarında gümüş medal qazanıb.
Azərbaycan ağırlıqqaldıranı İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan idmançısı Silviya Angelova 3-cü İslam Həmrəyliyi Oyunlarının ağırlıqqaldırma yarışlarında gümüş medal qazanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırmada 73, təkanla qaldırmada 90 kq çəkini başı üzərinə qaldıraraq, ümumi hesabda 163 kq çəkinin öhdəsindən gəlib.

Silviya həm birdən qaldırmada, həm də təkanla qaldırmada da ikinci olub.

Yarışların qalibi olan İndoneziya idmançısı isə 184 kq (77 kq + 107 kq) nəticə göstərib.

Silviya mükafatlandırma mərasimindən sonra bildirib ki, bu nəticəni gözləyirdi: "Bu il mənim üçün düşərli oldu. Aprel ayında Albaniyada keçirilmiş Avropa çempionatında da gümüş medal qazanmışdım. Avropa çempionatında qazandığım medal karyeramın ən böyük uğuru idi. İlin sonunda Polşada keçiriləcək dünya çempionatında da yüksək nəticə göstərmək istəyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti