Azərbaycan, Bakı, 13 noyabr /Trend/
Millinin heyətində daha bir dəyişiklik olub.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib.
Zədəli olduğu üçün Rəşad Sadiqov ("Neftçi") heyətdən çıxarılıb, əvəzində isə Ruslan Əmircanov ("İnter") milli komandaya dəvət olunub.