...

Azərbaycan millisi Çexiyaya uduzdu

İdman Materials 6 Yanvar 2014 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI turnirin növbəti qrup oyunları keçirilib.

Trend-in məlumatına görə, 1996-cı ilədək təvəllüdlü futbolçular arasında keçirilən beynəlxalq turnirdə yığmamız Çexiya yığması qarşılaşıb.

Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun saat 12:00-da başlayıb. Görüş yığmamızın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, turnir çərçivəsində yığmamız ilk oyununu yanvarın 4-də Yunanıstan komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti