...

Azərbaycan futbolunun "gələcəkləri" yaponlardan zərbə aldılar

İdman Materials 8 Yanvar 2014 14:29 (UTC +04:00)
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI turnirdə 1996-97-cı il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması qrubda son oyununu keçirib.
Azərbaycan futbolunun "gələcəkləri" yaponlardan zərbə aldılar

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI turnirdə 1996-97-cı il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması qrubda son oyununu keçirib.

Trend-in məlumatına görə, komandamız Yaponiya ilə görüşdə 1:4 hesabı ilə məğlub olub. Bununla da qrupda sonuncu yeri tutub. Turnirin əsasnaməsinə görə, millimiz digər üç qrupda sonuncu yeri tutan komandalarla birgə 13-16-cı yerlər uğrunda yarışacaq. Qrup birinciləri isə 1-4-ci yerlər uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, turnir çərçivəsində yığmamız ilk oyununu yanvarın 4-də Yunanıstan komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Futbolçularımız ikinci qarşılaşmada çexiyalı həmyaşıdlarına 0:2 hesabı ilə məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti