...

Avropa Olimpiya Komitəsinin prezidenti: I Avropa Oyunlarının keçirilməsi üçün bu il mühüm addımlar atılacaq

İdman Materials 9 Yanvar 2014 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.Mehdiyev/

2014-cü il xüsusi əhəmiyyət kəsb edir, çünki bütün qitə 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına hazırlaşır. Trend-in məlumatına görə, bu barədə xarici jurnalistlərə açıqlamasında Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hiki deyib.

P.Hiki əmin olduğunu bildirib ki, 2015-ci il Bakı Avropa Oyunlarının keçirilməsi üçün bu il mühüm addımlar atılacaq: "Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Oyunların keçirilməsinə böyük dəstək göstərir".

P.Hiki əlavə edib ki, AOK Koordinasiya Komissiyası bütün hazırlıq işlərində və yarışların yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsinə lazımi dəstəyi göstərəcək.

AOK Koordinasiya Komissiyasının ötən ilin oktyabr ayında keçirilən ikinci görüşündən əvvəl P.Hikinin yarışların keçiriləcəyi məkanlara baxışı zamanı, Bakı ötən il əldə etdiyi irəliləyişə görə yüksək qiymətləndirilib.

Qeyd edək ki, Avropa Oyunlarına 18 idman növü daxil edilib və yarışların keçiriləcəyi məkanların çoxu artıq hazırdır.

Daha ətraflı məlumat üçün www.baku2015.com vebsaytına müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti