...

Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimov dəfn olunub (FOTO) (ƏLAVƏ OLUNUB)

İdman Materials 14 Yanvar 2014 15:12 (UTC +04:00)
Trend-in məlumatına görə, vida mərasimində hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri, Vüqar Həşimovun ailə üzvləri və komanda yoldaşları iştirak edirlər.
Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimov dəfn olunub (FOTO) (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:31-də yayılıb)

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bu gün Respublika Şahmat Mərkəzində tanınmış şahmatçı, 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmış və bu il yanvarın 11-də Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişmiş beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovla vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, vida mərasimində hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri, Vüqar Həşimovun ailə üzvləri və komanda yoldaşları iştirak ediblər.

Vida mərasimi saat 15:00-dək davam edib. Mərasim başa çatdıqdan sonra şahmatçı III Fəxri xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, istedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra yanvarın 11-də dünyasını dəyişib.

V.Həşimov FIDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdı. 2002, 2004, 2006 və 2008-ci illərin şahmat olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdi.

Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il şahmat olimpiadasında yığma komandanın heyətinə dəvət edilməmişdi. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanmışdı. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən "Recco-Emiliya" şahmat turnirinin qalibi olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti