...

Nazir müavini: Vüqar Həşimovun vəfatı Azərbaycan şahmatının inkişafı üçün çox böyük itkidir

İdman Materials 14 Yanvar 2014 12:49 (UTC +04:00)
"Dünya şahmatına çox böyük itki üz verib. Dünyanın tanınmış şahmatçılarından biri Vüqar Həşimov vaxtsız vəfat edib".
Nazir müavini: Vüqar Həşimovun vəfatı Azərbaycan şahmatının inkişafı üçün çox böyük itkidir

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir E.Mehdiyev/

"Dünya şahmatına çox böyük itki üz verib. Dünyanın tanınmış şahmatçılarından biri Vüqar Həşimov vaxtsız vəfat edib". Trend-in məlumatına görə, bunu jurnalistlərə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

İ.İsmayılov bildirib: "Mən də onun vəfatı ilə bağlı dərin hüznlə ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm".

Nazir müavini deyib ki, bu gün Azərbaycan şahmatının inkişafında, tanınmasında Vüqar Həşimovun əvəzedilməz rolu olub. Bu baxımdan onun vəfatı Azərbaycan şahmatının inkişafı üçün çox böyük itkidir: "Gələcəkdə Vüqarın xatirəsinə Azərbaycanda beynəlxalq yarışlar təşkil ediləcək. Vüqarın yarışlarda iştirakı ilə bağlı Gənclər və İdman Nazirliyinə müraciəti zamanı şərait yaradılıb və onun beynəlxalq yarışlarda iştirakı ilə əlaqədar heç vaxt problem yaranmayıb. Bu yarışların hər birində Vüqar ölkəmizi layiqincə təmsil edib. Onun müalicə alması üçün də dövlət tərəfindən böyük dəstək göstərilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti