...

Azərbaycan millisi ABŞ yığması ilə qarşılaşacaq

İdman Materials 6 Mart 2014 10:43 (UTC +04:00)
Trend AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz mayın 27-də San-Fransisko şəhərində ABŞ yığması ilə yoldaşlıq görüşü keçirəcək.
Azərbaycan millisi ABŞ yığması ilə qarşılaşacaq

Azərbaycan, Bakı, 6 mart /Trend/

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz mayın 27-də San-Fransisko şəhərində ABŞ yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Oyunun başlanma saatı və stadion barədə hələlik məlumat verilməyib.

Hazırda FIFA-nın reytinq cədvəlində 13-cü pillədə olan ABŞ milli komandası 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan millisi dünən Filippin yığması ilə yoldaşlıq görüşü keçirib. Oyun komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün yeganə qolunu Elvin Yunuszadə vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti