"İnter" - "Neftçi" oyunu haqqında məlumat əlavə olunub (ilk xəbər saat 16:59-da yayılıb)
Azərbaycan, Bakı, 12 mart /Trend/
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Trend-in məlumatına görə, ilk oyun Qəbələdə baş tutub. Burada eyniadlı komanda "Qarabağ"ı qəbul edib. Qarşılıqlı hücumlara baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.
"Rəvan" doğma meydanda "Bakı" ilə qarşılaşıb. 28-ci dəqiqədə Cavid Hüseynov "Bakı"nı hesabda irəli çıxarıb. Oyunda başqa qol qeydə alınmayıb - 0:1.
Naxçıvanın "Araz" klubu isə "Xəzər Lənkəran"ı sınağa çəkib. Lənkəran təmsilçisi 69-cu dəqiqədə Alvaro Silvanın qolu ilə önə keçib. Son dəqiqələrdə isə Tərlan Xəlilov penalti zərbəsindən dəqiq yararlanmaqla bərabərliyi təmin edib - 1:1.
Günün son oyununda isə "Neftçi" "İnter"in qonağı olub. 51-ci dəqiqədə Bahodır Nasimov hesabı açıb. 84-cü dəqiqədə Vaqif Cavadov hesabı bərabərləşdirib - 1:1. Oyun elə bu hesabla da başa çatıb.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab görüşləri martın 19-da keçiriləcək.