...

Vüqar Həşimovun xatirəsinə həsr edilən beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub (FOTO)

İdman Materials 11 Aprel 2014 14:01 (UTC +04:00)
Məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən "Shamkir Chess 2014" beynəlxalq turnirinin rəsmi saytı artıq ictimaiyyətə təqdim olunub.
Vüqar Həşimovun xatirəsinə həsr edilən beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən "Shamkir Chess 2014" beynəlxalq turnirinin rəsmi saytı artıq ictimaiyyətə təqdim olunub.

Trend-in məlumatına görə, turnirlə bağlı bütün xəbərləri www.shamkirchess.az və www.shamkirchess.com ünvanında izləmək mümkündür.

"Shamkir Chess 2014" beynəlxalq turnirinin medalları Almaniyadan, kuboklar isə Türkiyədən sifariş olunub.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group"un təşkil etdiyi yarışın açılış mərasimi aprelin 19-da Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti