...

"Beşiktaş" Samuel Eto`Oya 6,5 milyon funt məbləğində illik maaş təklif edir

İdman Materials 22 Aprel 2014 11:18 (UTC +04:00)
İstanbulun "Beşiktaş" futbol klubu Londonun “Çelsi” komandasının kamerunlu hücumçusu Samuel Eto`O ilə danışıqlara başlayıb. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i İngiltərənin “Daily Mail” qəzetinə istinadən xəbər yayıb.
"Beşiktaş" Samuel Eto`Oya 6,5 milyon funt məbləğində illik maaş təklif edir

Azərbaycan, Bakı, 22 aprel /Trend/

İstanbulun "Beşiktaş" futbol klubu Londonun "Çelsi" komandasının kamerunlu hücumçusu Samuel Eto`O ilə danışıqlara başlayıb. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i İngiltərənin "Daily Mail" qəzetinə istinadən xəbər yayıb.

Mahaçqalanın "Anji" komandasının keçmiş oyunçusu "Çelsi" ilə yeni müqavilə imzalamayacağı halda yayda sərbəst agent olacaq və istənilən kluba pulsuz keçəcək. Eto`O ilə bağlı belə qərarın qəbul edilməsinə səbəb çox böyük ehtimalla "Çelsi"nin komandanı "Atletiko"nun hücumçusu Diyeqo Kosta ilə möhkəmləndirəcəyinə dair xəbər ola bilər.

"Beşiktaş" artıq 33 yaşlı kamerunluya 6,5 milyon funt məbləğində illik maaş təklifi edib. Qəzetin yazdığına görə, İstanbul klubunun baş məşqçisi Slaven Biliç "Mançester Siti"nin müdafiəçisi Coleon Leskott və "Lion"un hücumçusu Bafetimbi Qomislə də saziş imzalamağa maraq göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti