...

Azərbaycan - Norveç oyununu ukraynalı hakimlər idarə edəcək

İdman Materials 29 May 2014 16:25 (UTC +04:00)
Azərbaycan - Norveç oyununun hakimləri məlum olub.
Azərbaycan - Norveç oyununu ukraynalı hakimlər idarə edəcək

Azərbaycan, Bakı, 29 may /Trend/

Azərbaycan - Norveç oyununun hakimləri məlum olub.

Trendin AFFA-ya istinadən verdiyi məlumata görə, 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də, saat 20:00-da, Bayıl stadionunda keçiriləcək Azərbaycan - Norveç oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Matçın baş hakimi Anatoli Abdula, onun köməkçiləri Oleq Plujnik, Sergey Bekker, dördüncü hakim isə Vitali Romanov olacaq.

Hakimlər briqadası Ukraynadandır.

Hakim-inspektor Erol Ersoydur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti