...

Avstraliya Qətərin əvəzinə DÇ-2022-ni qəbul etməyə hazır olduğunu bəyan edib

İdman Materials 2 İyun 2014 14:53 (UTC +04:00)
Avstraliya Futbol Federasiyasının prezidenti Devid Qellop bəyan edib ki, ölkəsi Qətərin əvəzinə DÇ-2022-ni qəbul etməyə hazırdır.
Avstraliya Qətərin əvəzinə DÇ-2022-ni qəbul etməyə hazır olduğunu bəyan edib

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Avstraliya Futbol Federasiyasının prezidenti Devid Qellop bəyan edib ki, ölkəsi Qətərin əvəzinə DÇ-2022-ni qəbul etməyə hazırdır. Bu barədə Trend "İnterfaks"a istinadən məlumat verir.

Qətər dünya birinciliyini keçirəcək ölkənin seçimi zamanı futbol məmurlarının ələ alınmasında günahlandırılır.

"SportSentral" portalı D.Qellopun sözlərindən sitat gətirir: "Əlbəttə, biz dünya çempionatını keçirməyə hazırıq, lakin hələlik vəziyyət həmin mərhələdə deyil. Hesab edirəm ki, yaxın vaxtlarda bu barədə məlumat daha çox olacaq".

O, hesab edir ki, Qətər çox ciddi görünən bu ittihama mütləq cavab verəcək.

Bir müddət əvvəl "The Sunday Times" qəzeti Məhəmməd bin Həmmamın korrupsiya əməllərini sübut edən araşdırmanın nəticələrini dərc etmişdi. 2011-ci ildə M.Həmmamın FIFA prezidenti seçkilərində səsləri almağa cəhd göstərdiyi aşkar olunan vaxt o, vəzifəsindən kənarlaşdırılmışdı. Lakin bundan əvvəl o, Qətərdə DÇ-2022-nin keçirilməsi üçün FIFA-nın icazəsini almağa nail ola bilib.

Britaniya qəzetinin məlumatına görə, M.Həmmam Qətərdə DÇ-nin keçirilməsi hüququnun alınmasında rol oynamış vəzifəli şəxslərə 5 milyon dollar xərcləyib.

Qətər 2022-nin Təşkilat Komitəsi bəyan edir ki, Britaniyanın "The Sunday Times" qəzetinin FIFA İcraiyyə Komitəsi üzvlərinin dünya çempionatına ev sahibliyi edəcək ölkənin seçimi ərəfəsində pulla ələ alınmalarına dair məlumatı həqiqətəuyğun deyil.

Qurumun rəsmi saytında dərc olunmuş məlumatda deyilir ki, Asiya Futbol Konfederasiyasının sabiq rəhbəri M.Həmmamın ərizə kampaniyası ilə heç bir əlaqəsi yoxdur. Təşkilat Komitəsi qeyd edir ki, öz mövqeyində israr etməkdə qərarlıdır və əməkdaşlığa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti